7 ermənini öldürən Permyakovdan yeni xəbər
“Məlumatlara əsasən hərbi bazanın hospitalında Permyakov üçün xüsusi olaraq nevropatoloq kabineti də açılıb. Qəzetin mənbələrinin sözlərinə görə, indiyə qədər heç bir əsgər üçün belə bir xüsusi şərait yaradılmayıb və hamı eyni səviyyədə tibbi xidmətdən yararlanıb. Lakin Permyakov hospitalda onun üçün təşkil olunan xüsusi otaqda ayrı saxlanılır”.
Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.
Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.
Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.
Eldar Tanrıverdiyev
AzVision.az