Ərdoğan və Putin “erməni soyqırım”ından danışdı
Məlumatda telefon danışığının 30 dəqiqə davam etdiyi, əsasən energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Telefon danışığı zamanı prezidentlər “erməni soyqırımı” məsələsi barədə qısa fikir mübadiləsi də aparıblar. Ərdoğan Putinə bildirib ki, Türkiyə bu məsələnin siyasətçilər tərəfindən deyil, tarixçilər tərəfindən qiymətləndirilməsinin tərəfdarıdır. Türkiyə prezidenti ermənilərlə ortaq komissiyanın yaradılmasına və həmin hadisələrlə bağlı arxivləri açmağa hazır olduqlarını bildirib.
Rusiya prezidentinin rəsmi saytında isə telefon danışığı ilə bağlı yerləşdirilən məlumatda isə prezidentlərin “soyqırım” məsələsini müzakirə etməsi barədə qeyd yoxdur. Ərdoğan və Putin həmçinin Ukrayna, Krım tatarları məsələsini də müzakirə edib.
Eldar Tanrıverdiyev
AzVision.az