Danimarkada atışma: 3 yaralı

Danimarkada atışma: 3 yaralı
  18 Mart 2015    Oxunub:1113
Danimarkanın paytaxtı Kopenhagendə “Fieds” ticarət mərkəzində atışma baş verib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Son məlumatlara görə, insident nəticəsində 3 nəfər yaralanıb. Hüquq-mühafizə orqanları əməkdaşları 3 nəfəri saxlayıb. Polisin məlumatına görə, ümumilikdə insidentdə 8 nəfər iştirak edib. Onların iki müxtəlif qrupun üzvü olduğu bildirilir. Hər iki qrup üzvləri münasibətlərini aydınlaşdırmaq üçün birlikdə ticarət mərkəzinin dayanacağına daxil olub. Bundan sonra onlar arasında dava başlayıb, sonra isə atəş səsləri işləyib. Hadisə yerini Kopenhagen polisi nəzarətə götürüb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti