Muzeyə silahlı hücum: 8 ölü, girovlar var - YENİLƏNİB
Hücum nəticəsində bir Tunis vətəndaşı və yeddi turist həlak olub.
Terrorçuların hələ də xeyli sayda turisti girov saxladığı bildirilir.
***
16.53
Tunisdə bir qrup terrorçu paytaxta yerləşən parlament binasına hücum edib.
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, parlamentin binasında atışma səsləri eşidilir.
Parlament komissiyası artıq öz işini dayandırıb, deputatlara foyedə toplaşmaq göstərişi verilib.
Bundan əlavə, bir neçə silahlı şəxs paytaxtın “Bordo” muzeyində turistləri girov götürüb.
Hər iki hücum bir-birilə bağlı ola bilər. Bəzi məlumatlara görə, insidentlər nəticəsində ölənlər də var.
Eldar Tanrıverdiyev
AzVision.az