43 il kişi cildində gəzən qadın - FOTO

43 il kişi cildində gəzən qadın - FOTO
  18 Mart 2015    Oxunub:1964
Misirin Luksor şəhərində yaşayan 64 yaşlı qadın 43 ildir işə kişi libasında gedir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misir hökumətinin “ilin anası” seçdiyi qadının bu addımı atmaqda məqsədi qızına baxa bilməsidir.

Belə ki, Sisa Əbu Dauh adlı xanım 21 yaşı olanda ailə qursa da qısa müddət sonra həyat yoldaşı ölür. Bundan sonra həm özünə, həm qızına baxmağa məcbur olan qadın nə qədər axtarsa da iş tapa bilməyib. Kişi kimi geyinməyə məcbur olan Sisa bundan sonra tikintidə, tarlada və təmizlik işlərində çalışıb pul qazanıb.

Qızını evləndirdikdən sonra isə kürəkəninin iflic olması 64 yaşlı qadını 3 nəfərlik ailəyə baxmağa vadar edib. Sisa indi də kişi libası geyinərək Luksor qatar stansiyasındakı ayaqqabı təmizləyicisi işinə davam edir.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti