Sarkisyan Azərbaycan silahından qorxur

Sarkisyan Azərbaycan silahından qorxur
  19 Mart 2015    Oxunub:2571
Müstəqil olandan sonra heç bir ölkə Rusiyanın Ermənistana verdiyi dəstəyin heç bir 1 faizini göstərməyib.
Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan açıqlama verib.

Sarkisyanın sözlərinə görə, Rusiya və Ermənistan arasında hərbi əməkdaşlıq böyük rol oynayır. Lakin Sarkisyan Rusiyanın Azərbaycana silah satması barədə də danışıb və narahatlığını gizlətməyib.

"Bizi narahat edən məsələ Rusiyanın Azərbaycana silah satmasıdır. Bunun nəticəsində əsgərlərimiz başa düşür ki, Azərbaycan və Ermənistanın təmas xəttində onları Rusiya silahları ilə öldürmək istəyirlər", - deyə Sarkisyan bildirib.

Serj bu çıxışında da sərsəmləyib. O bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməyə çalışır. Halbuki Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Sarkisyan uşaqların, qadınların görülməmiş vəhşiliklərlə öldürüldüyü Xocalı soyqırımının da birbaşa iştirakçısı olub.

Azərbaycan Ordusunun sürətlə silahlanmasından narahat olduğunu gizlətməyən Sarkisyan görünür ordusuna çox da güvənmir. (Ans)


Teqlər:  





Xəbər lenti