`Obama ABŞ tarixinin ən pis prezidentidir`

`Obama ABŞ tarixinin ən pis prezidentidir`
  19 Mart 2015    Oxunub:2004
1989-93-cü illərdə ABŞ-ın müdafiə naziri, 2001-2009-cu illərdə isə vitse-prezidenti olmuş Dik Çeyni ölkənin hazırkı prezidenti Barak Obamanı ABŞ tarixində ən pis prezident adlandırıb.
AzVision.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, bu barədə o, Amerikanın “Playboy” jurnalına müsahibəsində bildirib.

Çeyni deyib ki, o, bir vaxt Cimmi Karteri tənqid edib, ancaq o, Obama ilə, Obamanın ölkəyə vurduğu ziyanla heç bir müqayisəyə gəlmir. Onun sözlərinə görə, Obamanın hakimiyyətdə olması – ABŞ üçün fəlakətdir və onun prezidentliyinin nəticələrini aradan qaldırmaq üçün ölkə “lənətləndirilmiş ölçüdə” qiymət ödəməli olacaq.

Çeyni bildirib ki, Obama və baş prokuror Erik Xolder opponentlərlə mübahisələrdə tənqidlərə tuş gələndə “irqçi kardan istifadə edirlər” və iddia edirlər ki, məhz dərilərinin rənglərinə görə hücumlara məruz qalırlar. “Halbuki, Obama və Xolder qabiliyyətsizliklərinə görə tənqidə layiqdirlər. Dərinin rənginin bura heç bir dəxli yoxdur” - əlavə edib eks-vitse prezident.

Dik Çeyni 4 respublikaçı prezidentin administrasiyasında işləyib.


Teqlər:





Xəbər lenti