Putindən 200 Qərb siyasətçisinə qadağa
“Rusiya Federasiyasına girişi qadağan olunan siyasətçilərin sayı Avropa Birliyinin və NATO ölkələrinin rusiyalı məmurlara qarşı tətbiq etdiyi qara siyahıya cavabdır”, - deyə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.
ABŞ-ın 60-dan çox siyasətçinin adı müvafiq “qara” siyahıya salınıb. Siyahıda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Kerolayn Atkinson, prezidentin köməkçiləri Deniel Pfayfer, Bencamin Rode, ABŞ Konqersində fraksiya çoxluğunun başçısı Harri Rid, Nümayəndələr Palatasının spikeri Con Bayner, Senatın xarici siyasət komitəsinin sədri Robert Menendes, senatorlar Meri Lendryu və Con Makkeyn və digər şəxslərin adı var.
Eldar Tanrıverdiyev
AzVision.az