Azərbaycan çay ixracını azaldıb, şəkər idxalını artırıb

Azərbaycan çay ixracını azaldıb, şəkər idxalını artırıb
  19 Mart 2015    Oxunub:1845
2015-ci ilin ilk iki ayı ərzində (yanvar, fevral) 3 milyon 406.27 min dollar dəyərində çay ixrac olunub. Bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 32% azdır.
Bu barədə AzVision.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, 2015-ci ilin iki ayı ərzində çayın ümumi ixracda payı 0.15% olduğu halda, 2014-cü ilin müvafiq dövründə bu rəqəm 67.84% olub.

Qeyd edək ki, Azərbaycan xaricə satdığı şəkərin də miqdarını azaldıb.

Belə ki, 2014-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycan 30 milyon 868.68 min dollar dəyərində şəkər ixrac etmişdisə, 2015-ci ildə bu rəqəm 18 milyon 747.50 min dollara düşüb. Bir ildə azalma isə 40%-dir. Onu da əlavə edək ki, Azərbaycan şəkər ixracını azaltsa da, idxalı 49% artırıb.


Teqlər:





Xəbər lenti