Erməni ordusunda itki - 3 ölü, 4 yaralı (YENİLƏNİB)

Erməni ordusunda itki - 3 ölü, 4 yaralı (YENİLƏNİB)
  19 Mart 2015    Oxunub:3586
Martın 15-dən 16-na keçən gecə cəbhə xəttində baş verən atışma nəticəsində Ermənistan ordusunun 3 əsgəri öldürülüb, xeyli erməni hərbçisi yaralanıb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, tərəflər arasında atışma Qarabağda, Talış kəndi istiqamətində baş verib.

Ermənistan Müdafiə Nazirliyi əsgər analarının qəzəbindən qorxaraq bu itkiləri açıqlamır.

Ermənistan Müdafiə Nazirliyi artıq ölən erməni əsgərlərinin adlarını da açıqlayıb: Bunlar 1996-cı il təvəllüdlü Hakop Xaçatryan, 1995-ci il təvəllüdlü Eduard Hayrapetyan, 1995-ci il təvəllüdlü Arşak Harutunyandır.

Atışma nəticəsində dörd erməni hərbçi də yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti