Prezidentin qardaşı oğlu baş nazirin qızı ilə evlənir

Prezidentin qardaşı oğlu baş nazirin qızı ilə evlənir
  19 Mart 2015    Oxunub:4839
Qazaxıstan prezidentinin Nursultan Nazarbayevin qardaşı oğlu Daniyar Kesikbayev bu gün Malayziyanın baş naziri Nəcib Razakın qızı Nuriane Nadjva ilə evlənir.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Toy mərasimi Malayziyanın baş nazirinin rəsmi iqamətgahında keçirilir. Kuala-Lumpurda baş tutacaq mərasimə Malayziya kralı Abdul halim Muadzam Şah, nazirlər və xarici dövlətlərin nümayəndələrin qatılacağı gözlənilir.

Nuriana Nadjva və Daniyar Kesikbaev ABŞ-da təhsil aldıqları zaman tanış olublar. Nuriana Vaşinqtonda Corctaun universitetinin diplomatik xidmətk fakültəsini bitirib. Daniyar Kesibkbaev isə Nyu-Yorkda Kolumbiya Universitetində təhsil alıb. Cütlük 2011-ci ildə nişanlanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti