Hər 3 rus diplomatının 1-i casusdur

Hər 3 rus diplomatının 1-i casusdur
  20 Mart 2015    Oxunub:2312
İsveçin xüsusi xidmət orqanları Rusiyanı ölkə ərazisində geniş miqyaslı casus əməliyyatı aparmaqda ittiham edib.
Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, İsveçin Əks-Kəşfiyyat Agentliyinin başçısı Vilhelm Unqe bildirib ki, Stokholmdakı Rusiya diplomatik nümayəndəliyinin 1/3-i casusdur.

Jurnalistlər qarşısında çıxış edən V.Unqe əlavə edib ki, onların sayı ildən-ilə artır. Onun sözlərinə görə, casuslar Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşlarıdır.

İsveç məxfi servisinin şefi bu adamları yüksək təhsilli, çox vaxt da “sovet dönəmindəkindən də gənc” adamlar kimi təsvir edib. O da bəlli olub ki, ötən il xüsusi xidmət orqanları bir neçə dəfə Rusiyanın ölkənin hərbi texnologiyalarına çıxış cəhdinin qabağını alıb.


Teqlər:





Xəbər lenti