Yaralı erməni əsgərlər İrəvana aparılır

Yaralı erməni əsgərlər İrəvana aparılır
  20 Mart 2015    Oxunub:3285
Ötən gün cəbhə xəttində baş verən atışma zamanı yaralanan erməni əsgərlər paytaxt İrəvana aparılır.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan müdafiə Nazirliyinin Mərkəzi klinik Hospitalının rəisi Aram Asaturyan bildirib.

“Onların vəziyyəti stabil ağırdır. Bir hərbçi qarın nahiyəsindən yaralanıb, digəri isə əli amputasiya olunub”, -deyə hospitalın rəisi bildirib.

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti