İsrailə zərbə: Obama Netanyahunu hədələdi
Qeyd edək ki, daha əvvəl seçkiöncəsi kampaniya zamanı Netanyahu bəyan etmişdi ki, müstəqil Fələstin dövlətinin yaradılmasına imkan verməyəcək. Lakin sonrada “NBC” telekanalına müsahibəsində İsrailin baş naziri mövqeyini yumşaldaraq hər iki dövlətin sülh içində yaşaya biləcəyini bildirib. Netanyahu bunun üçün şərtlərin dəyişməli olduğunu xüsusilə vurğulayıb.
İsraildə bu həftə keçirilən parlament seçkilərində hakim “Likud” partiyası qalib gəlib.
Hazırda seçki bülletenlərinin 100 faizi sayılıb. Nəticələrə əsasən baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası Knessetdə 120 yerdən 30-nu qazanıb.
Seçkilərdə ikinci Tsipi Livni və İtxak Herçoqun rəhbərlik etdiyi “Sionist düşərgəsi” bloku olub. O, parlamentdə 24 yer tutub. Daha sonra siyahıda isə 14 yerlə “Birləşmiş Ərəb Siyahısı” gəlir.
Artıq baş nazir Netanyahu “möhtəşəm qələbə” münasibəti ilə tərəfdarlarını təbrik edərək yeni hökumətin yaradılması üzrə danışıqlara başladığını bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az