Putin Nazarbayevin yenə prezident olmasını istəyir

Putin Nazarbayevin yenə prezident olmasını istəyir
  20 Mart 2015    Oxunub:2153
Rusiya prezidenti Vladimir Putin Qazaxıstanda keçiriləcək prezident seçkilərində Nursultan Nazarbayevin namizədliyini dəstəkləyib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Qazaxıstanı sevənlər, onun sabitliyini və nəzərə çarpan inkişafını şahidi olanların bu günlərdə Nursultan Nazarbayevi dəstəkləməsi olduqca vacibdir. Məndə onu dəstəkləyənlər sırasındayam. Ona uğurlar arzulayıram”, -deyə Putin vurğulayıb.

Putin eyni zamanda qeyd edib ki, Nazarbayev nəyinki Qazaxıstanda, həm də bütün dünyada nüfuza malikdir.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev növbədənkənar dövlət başçısı seçkilərinin təyin edilməsi barədə Qazaxıstan Xalq Assambleyasının təşəbbüsünü dəstəkləyib. Nazarbayev növbədənkənar prezident seçkilərinin aprelin 26-da keçirilməsi barədə fərman imzalayıb.

Nazarbayevin namizədliyini “Nur-Otan” partiyası irəli sürmüşdü.
Qazaxıstan MSK artıq prezidentliyə iki namizədi rəsmi olaraq təsdiqləyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti