“Günəş tutulub, fasiləni uzadaq”-Jirinovski

“Günəş tutulub, fasiləni uzadaq”-Jirinovski
  20 Mart 2015    Oxunub:1793
Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski yenidən maraqlı çıxışı ilə medianın gündəminə düşməyi bacarıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Jirinovski Dumanın plenar iclasında günəş tutulmasının deputatların səhhətinə mənfi təsir edə biləcəyini nəzərə alaraq fasilə müddətinin uzadılmasını təklif edib:

“Bu gün son 80 ildə ilk dəfə günəş tutulması olacaq, həkimlər xəbərdarlıq ediblər ki, saat 12-dən 3-ün yarısına qədər əlavə yüklənmə, stressiv situasiya arzuolunan deyil”.

Aşağı palatanın spikeri Sergey Narışkin isə bu ideyanı nəinki dəstəkləməyib, səsverməyə çıxarmağa belə ehtiyac bilməyib.


Teqlər:  





Xəbər lenti