“Bu video təxribatdır”

“Bu video təxribatdır”
  22 May 2013    Oxunub:1563
Litvalı ekspertlər qalmaqala aydınlıq gətirdilər
Litvanın “15min.lt” xəbər portalında çıxan guya “Eurovision”-da səslərin satılması barədə video görüntülərlə bağlı qalmaqal bu ölkənin KİV-ində əsas mövzulardan biridir. “Eurovision” yarışması zamanı Azərbaycanın təmsilçisi Fərid Məmmədov Litvanın verdiyi 12 bal ilə 2-ci yerə çıxıb.

LRT televiziyasının musiqi prodüseri Martinas Tila bununla bağlı yerli mediada gedən müzakirələrdə bildirib ki, Azərbaycan ifaçısının mahnısı bukmeykerlərin qiymətləndirməsinə görə onsuz da liderlərin sırasında idi. Belə olan halda səs almağa nə ehtiyac?

Onun sözlərinə görə, belarusların Azərbaycana səs verməyi təbliğ etməsi təəccüb doğurur, çünki Litvada xeyli azərbaycanlı var, tələbələr oxuyur: “Həm də aydın şəkildə görünür ki, videoda həmin adamların ilk yarımfinalda işləmə təcrübəsi barədə danışılır, halbuki Azərbaycan orada Litva ilə iştirak etməyib və bu faktdır”.

“Lietuvos Ritas”ın icmalçısı Arunas Zilnis isə bildirib ki, bu, təxribat ola bilər: “Mən Azərbaycanın naməlum adamlara kart və pul paylayaraq, bu cür səs almasını şübhə ilə yanaşıram. Video inandırıcı deyil”.

LRT televiziyasının prodüseri Audryus Qirjadas bildirib ki, dəstək qrupu yaratmaq qadağan olunmayıb və başqa bir ölkədə olan vətəndaşların öz doğma ifaçısına səs vermək hüququnun olması təbii haldır: “Azərbaycanda olarkən biz də öz litvalı ifaçımıza səs verirdik”.

AzVision.az





Teqlər:





Xəbər lenti