Olland gələn ay Azərbaycana gəlir

Olland gələn ay Azərbaycana gəlir
  21 Mart 2015    Oxunub:7760
Fransa prezidenti Fransua Olland aprel ayında Azərbaycana səfərə edəcək.

AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir məlumat verib.

Dezir bildirib ki, Olland Qarabağ məsələsini müzakirə etmək üçün aprelin 24-25-i regionda səfərdə olacaq və Ermənistan-Azərbaycan prezidentləri ilə görüşlər keçirəcək.

Qeyd edək ki, Fransa prezidenti Fransua Ollandın aprelin 24-ü İrəvanda keçiriləcək qondarma erməni “soyqırım”nın 100 illiyə ilə əlaqədar tədbirlərə qatılacağı bildirilirdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti