Aeroporta hücum: Yaralılar var

Aeroporta hücum: Yaralılar var
  21 Mart 2015    Oxunub:2057
Maçete ilə silahlanan 63 yaşlı kişi ABŞ-ın Yeni Orlean şəhərində Lui Armstronq adına hava limanın təhlükəsizlik xidmətinin işçilərinin üzərinə hücum edib.
Bu barədə AzVision.az “Associated Press”-ə istinadən xəbər verir.

Riçart Uayt marın 20-də hava limanına gəlib. O, təhlükəsizlik tədbirləri ilə əlaqədar mühafizəçilər tərəfindən saxlanılıb. Elə bu vaxt Uayt bibər qazı balonunu mühafizəçilərdən birinin gözünə sıxıb, daha sonra isə maçeteni götürərək ona zərbə endirib. Daha sonra Uayt balonu digər mühafizəçiyə yaxınlaşdırıb. Lakin bu vaxt digər mühafizəçi Uayt üç dəfə atəş açıb. Güllələr cinayətkarın bud, sinə və üz nahiyələrinə dəyib.

Bundan sonra Uaytı zərərsizləşdirilib. O, xəstəxanaya aparılıb. Qarşıdurma zamanı bir hadisə şahidi əlindən yaralanıb, daha bir neçə şahid isə yüngül xəsarətlər alıb.

İstintaq Uaytın hansı məqsədlə hava limanına gəldiyini müəyyənləşdirir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti