Erməni müxalifətçini film çəkmək sevdası

Erməni müxalifətçini film çəkmək sevdası
  21 Mart 2015    Oxunub:1535
Erməni ictimaiyyəti artıq bir müddətdir ki, “İrs” partiyasının lideri Raffi Ovannisyanın harda olması ilə maraqlanır.
Partiya üzvlərinin prezident Sarkisyanla görüş məsələsində kimin haqlı, kimin nahaq olması barədə qızğın müzakirələr apardığı bir vaxt, partiya lideri Ovanisiyan Los-Ancelesdə film çəkir.

AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti xəbər yayıb.

Nəşrin məlumatına görə, Ovannisyan erməni “soyqrım”ı haqqında “1915” filminin icraçı prodüseridir.

Filmin rejissoru isə Raffi Ovannisyanın oğlu Karin və Alek Muhibyandır. Filmin 17 aprel tarixində ABŞ və Ermənistan kinoteatrlarında nümayiş tdiləcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti