Ermənilərin ehtiyatları 853 milyon dollar azalıb
Nəşr vurğulayır ki, xarici rezervlərin azalması tempi olduqca faciəlidir. Yalnız bu ilin ilk iki ayında Ermənistanın xarici ehtiyatları 15 faizdən çox və ya 229 milyon dollar azalıb. Ötən il isə xarici rezervlərin həcmi 40% və ya 853 milyon dollar azalıb.
“Rezervlərin hara yoxa çıxması helə də aydın deyil. Adətən xarici ehtiyatlar xarici borcun ödənilməsi və ya dramın sabitləşməsinə yönəldilir. Rəsmi olaraq bu ilin ilk ayı ərzində Ermənistan bu həcmdə xarici borc ödəməyib. Ermənistan Mərkəzi Bankı da valyuta bazarında bu həcmdə intervensiya etməyib. Lakin bu qənaətə gəlmək olar ki, Mərkəzi Bank qeyri-rəsmi kanallarla maliyyə bazarında valyuta “buraxır” və Ermənistan dramı bunun sayəsində öz sabitliyini qoruyur”, - deyə Aykakan Jamank qəzeti xəbər yayıb.
Eldar Tanrıverdiyev
AzVision.az