Qurultay başladı

Qurultay başladı
  21 Mart 2015    Oxunub:1838
Bu gün Türkiyənin Milliyətçi Hərakat Partiyasının (MHP) növbəti - XI qurultayı keçirilir.
Musavat.com-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, MHP-nin bu qurultay üşün əsas şüarı "Bizimlə addımla Türkiyə"dir. Məsələ ondadır ki, bu qurultay MHP üçün olduqca böyük əhəmiyyət daşıyır. Çünki MHP üzvləri bu qurultayda partiyanı növbəti parlament seçkilərində qələbəyə aparacaq yeni siyasi rəhbərliyi seçəcək. Ona görə də, hazırda Türkiyə cəmiyyətinin əsas diqqəti bu qurultaya yönəlib.

Türkiyə ekspertlərinin ortaq rəyinə görə, MHP-nin indiki lideri Dövlət Baxçalının yenidən partiya başqanı seçiləcəyi heç bir şübhə doğurmur. Çünki Dövlət Baxçalı bu qurultayda da demək olar ki, rəqibsizdir.

Son məlumatlara görə, MHP qurultayının nümayəndələri və qonaqlar artıq qurultayın keçirildiyi salona yığışmağa başlayıblar. Partiyanın vilayət və rayon təşkilatlarında keçirilən konfranslarda seçilmiş 1232 nümayəndə qurultaya qatılacaq.

Partiyanın ümumi seçki kampaniyasında istifadə olunması nəzərdə tutulan əyanə təbliğat vəsaitləri ilk dəfə olaraq. ictimaiyyətə təqdim ediləcək.

Qurultayda 1000-dən artıq qonağın iştirakı da gözlənilir. Onların arasında Azərbaycandan da nümayəndələr var.


Teqlər:





Xəbər lenti