Daha bir ölkə Rusiyanın dəvətindən imtina etdi
Bolqarıstan dövlət başçısının mətbuat xidmətindən bildiriblər ki, müvafiq dəvətnamə alınıb, lakin Prezidentin Moskvada bayram şənliyində iştirakı planlaşdırılmır.
R.Plevneliyevin dəvətdən imtina səbəbi barədə məlumat verilmir.
Qeyd edək ki, Bolqarıstan rəsmi olaraq İkinci Dünya müharibəsində 1941-ci ildə Almaniya, İtaliya və Yaponiyanın tərəfində iştirak edib. Ölkə ABŞ və Böyük Britaniyaya müharibə elan edib, bununla belə, Hitlerin SSRİ-yə qarşı döyüşməyən yeganə müttəfiqi olub.
Xatırladaq ki, Rusiyanın dəvətindən artıq Almaniya Kansleri Angela Merkel, Avropa Şurasının sədri və Polşanın sabiq Baş naziri Donald Tusk, Polşa Prezidenti Bronislav Komorovski, Litva, Latviya və Estoniya prezidentləri imtina ediblər. Bundan başqa, 9 May şənliklərinə Böyük Britaniyanın Baş naziri Devid Kemeron da qatılmayacaq. Fransa Prezidenti Fransua Olland isə hələ son qərarını açıqlamayıb.