Ohanyan təcili Qarabağa gəldi

Ohanyan təcili Qarabağa gəldi
  21 Mart 2015    Oxunub:2096
Ermənistan müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağa gəlib.
Ohanyan martın 19-da düşmənin xeyli itki verdiyi postlara baş çəkib. Nazirə qoşunların təmas xəttindəki vəziyyət barədə məlumat verilib.

Ohanyan daha sonra cəbhədəki son döyüşlər zamanı ağır yaralanmış əsgərlərə baş çəkmək üçün Xankəndi mərkəzi hospitalına gedib.

Ohanyanın bügünkü səfəri düşmən ordunun xeyli itki verməsindən xəbər verir. Xatırlayırsınızsa, ötən ilin iyul-avqust aylarında cəbhə xəttində şiddətli döyüşlərdən sonra Ohanyan Qarabağa gələrək əsgərlərlə görüşmüşdü, yaralılara baş çəkmişdi. Diqqət etsəniz ermənilər itki az verərkən Ohanyan heç vaxt Qarabağa gəlmir.

Martın 19-da təmas xəttində döyüş toqquşmasından və düşmənin xeyli itki verməsindən sonra erməni əsgərlərdə ruh düşkünlüyü hökm sürür. Ötən gün erməni hərbçisinin internetdə yayılan səsyazısı da orduda güclü panikanın olduğunu bir daha göstərdi. Səsyazısında erməni hərbçi bildirirdi ki, cəbhə xəttində vəziyyət çox ağırdır və xeyli itki vermişik. (ans press)


Teqlər:





Xəbər lenti