UNESCO-da Novruz şənliyi - FOTOLAR

UNESCO-da Novruz şənliyi - FOTOLAR
  21 Mart 2015    Oxunub:1684
Martın 20-də UNESCO-nun mənzil-iqamətgahında Azərbaycan, Əfqanıstan, Türkiyə, İran, Hindistan, İraq, Qazaxıstan, Pakistan, Tacikistan və Türkmənistanın qurum yanındakı daimi nümayəndəliklərinin təşəbbüsü ilə Novruz bayramı təntənə ilə qeyd olunub.
Hər il Novruz bayramımım qeyd edildiyi ölkələrin daimi nümayəndəliklərinin rəhbərlərindən biri növbə ilə qonaqlar qarşısında çıxış edərək Novruz barədə məlumat verir. Bu dəfə İranın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri Əhməd Cəlali Novruz bayramını iştirakçılara təqdim edib. O, dünyada 300 milyondan artıq insan tərəfindən ruzi və bərəkət bayramı kimi qeyd edilən Novruzun yazın gəlişindən, təbiətin oyanışından xəbər verdiyini diqqətə çatdırıb.

Diplomat 2010-cu ildə BMT Baş Məclisi tərəfindən Novruzun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olunduğunu və hər il martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunması haqda qərar qəbul edildiyini xatırladıb. Ə. Cəlali Novruz bayramının özündə hər bir xalqın adət və ənənələrini əks etdirməsinə baxmayaraq, ümumən böyük şənliklə keçirildiyini vurğulayıb.

Qonaqları Novruz bayramı münasibətilə təbrik edən UNESCO-nun baş direktoru İrina Bokova mənəvi dəyərlərin və humanizm ideyalarının çarcısı olan Novruzun insanları birliyə, sülhə, dostluğa və əmin-amanlığa çağırış ruhunu yüksək dəyərləndirib.

Sonda hind musiqiçilərinin ifasında musiqi nömrələri səslənib və iştirakçıllara Novruz bayramının qeyd edildiyi ölkələrin milli mətbəx nümunələri təqdim olunub.

Həmişə olduğu kimi, Azərbaycanın zəngin mətbəxinin nümunələrindən olan yarpaq dolması və digər təamlar iştirakçıların böyük marağına səbəb olub.

AzərTac

Qalereya




Teqlər:





Xəbər lenti