Sarkisyan peşman oldu, geri çəkildi

Sarkisyan peşman oldu, geri çəkildi
  22 Mart 2015    Oxunub:3214
Rusiyanın Azərbaycana silah satmasına üçüncü ölkə heç nə deyə bilməz.
AzVisio.az-ın ans press-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan parlamentinin spikeri Qalust Saakyan açıqlama verib.

Saakyanın sözlərinə görə, o, Moskvada olarkən də bu barədə fikirlərini bildirib.

"Həmin vaxt da bildirmişdim ki, Rusiyanı Azərbyacana silah satmaqda heç kim ittiham edə bilməz. Moskva Bakıya silah satırsa, bunun bizə dəxli yoxdur. Üçüncü ölkə heç bir söz deyə bilməz", - deyə Saakyan bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanı Azərbaycana silah satmaqda ittiham etmişdi. Bu isə Sarkisyana baha-başa gəlmişdi. Parlament spikerinin bu açıqlaması isə Serj Sarkisyanın dediyi sözdən peşman olaraq geri çəkilməsi kimi qəbul edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti