Litva prezidenti Kiyevdə “İlin adamı” mükafatını alıb

Mərasim şənbə günü Kiyevdə “Ukrayna” sarayında baş tutub. Qribuaskayteyə mükafatı Ukraynanın ilk prezidenti Leaonid Kravçuk təqdim edib.
“Mükafata görə sizə təşəkkür edirəm. Bu titul sizə məxsusdur. “İlin adamı” öz seçimi uğrunda mübarizə aparan və onu qoruyan hər bir ukraynalıdır, sizin xalqdır. Sizi azad Avropanın bütün insanları dəstəkləyir”, - deyə Qribauskayte çıxışı zamanı bildirib. Litva prezidenti tədbirdə Ukrayna dilində danışıb.
Qribauskayte 25 il əvvəl Litva müstəqillik yolunu seçdiyini və öz seçimini qorumalı olduğunu xatırladıb: “Ona görə də Litva Ukraynanı anlayır və onu dəstəkləyir”.
Eldar Tanrıverdiyev
AzVision.az