Ohanyanın Azərbaycan qorxusu

AzVision.az-ın verdiyi məlumata görə, martın 19-da öldürülən erməni əsgər Arşak Arutyunyanın dəfn mərasimində iştirak edən Ohanyan bildirib ki, həmin gün erməni əsgərləri qeyri bərabər döyüşdə həlak olublar.
Ohanyan onu da bildirib ki, öldürülən əsgərlərin qisası alınacaq.
Əhalini sakitliyə çağıran müdafiə naziri Ohanyan qeyri bərabər döyüşün hələ də nə olduğunu bilmir. Görünür, o və onun kimilər Azərbaycan Ordusunun bir əsgərini onlarla əsgər kimi qəbul edir.
Qeyri bərabər döyüşdən dəm vuran Ohanyan yəqin ki, Xocalı faciəsini unudub. O, 1992-ci ildə Xocalı soyqırımında Serj Sarkisyanla birlikdə birbaşa iştirak edənlərdəndir. Silahsız qadınları, uşaqları öldürən, onlara qarşı görülməmiş vəhşiliklər törədən, indi isə müdafiə naziri olan Ohanyan Xocalının, şəhidlərimizin qisasını alan bir Azərbaycan əsgərini onlarla əsgər kimi görür.
ans press
Teqlər: