İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı saxlanıldı

Araşdırma nəticəsində məlum olub ki, Türkiyə ərazisindən keçməklə İŞİD-ə qoşulmaq istəyən 34 nəfərin əksəriyyəti Böyük Britaniya vətəndaşları olub. Deportasiya edilənlər arasında 3 və 4 yaşındakı 2 uşağıyla Türkiyədən keçməklə İŞİD-ə qoşulmaq istəyən Rusiya vətəndaşı 34 yaşlı E. Şodmonova da olub.
Deportasiya olunanlar arasında Fransa, Belçika, ABŞ, Suriya, İraq, Rusiya, Tacikistan, İsveç, Səudiyyə Ərəbistanı, İran, Liviya, Pakistan, Serbiya, Almaniya, Əfqanıstan, Somali, Çeçenistan və bir Azərbaycan vətəndaşı da var. Azərbaycanlının adı Rövşən Oruczadə kimi göstərilib.
Qeyd edək ki, ümumən İŞİD-ə qoşulmaq üçün Türkiyədən keçməklə Suriyaya getmək istəyənlərə liderliyi İspanyanın Barselona şəhəri ilə İsveçin paytaxtı Stokholmdan gələnlər edir. (APA)