Sinqapurun “atası” öldü – 7 gün matəm

Sinqapur hökumətinin yaydığı açıqlamada bildirilir ki, o, sətəlcəm diaqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
Ümumiyyətlə, L.K.Yev 1959-cu ildə müstəqil olan Sinqapurda 31 il hökumətə rəhbərlik edib. Onun apardığı iqtisadi islahatlar Böyük Britaniyanın keçmiş müstəmləkəsini iqtisadi cəhətdən lider ölkələr sırasına çıxartsa da , Qərb ölkələrində "xalq atası"nı demokratik azadlıqlarını məhdudlaşdırmaqda günahlandırıb.
Xatırladaq ki, Sinqapurda onun söz azadlığına qoyduğu məhdudiyyətlər bu gün də qüvvəsini itirməyib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: