Azərbaycanda məhbus ölüb

Azərbaycanda məhbus ölüb
  23 Mart 2015    Oxunub:1470
Azərbaycanda məhkum ölümü qeydə alınıb.
Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində baş verib.

Həmin müəssisədə cəza çəkən, Göyçay rayon sakini, 1965-ci il təvəllüdlü Fəqani İsmayılovun meyiti müəssisənin ayaqyolunda aşkar edilib. Məhkumun ölüm səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.

Şəki Rayon Prokurorluğundan məhkumun ölüm faktını təsdiqləyib.

Bildirilib ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünyasını dəyişən məhkum F. İsmayılov 2008-ci ildə Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. (APA)

AzVision.az


Teqlər:





Xəbər lenti