ABŞ-dan Azərbaycana təbrik

ABŞ-dan Azərbaycana təbrik
  22 May 2013    Oxunub:1226
ABŞ konqresmeni Ruben Hinojosa Azərbaycanın Respublika Günü münasibətilə bəyanat verib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Texasdan olan üzvü konqresmen Ruben Hinojosa Azərbaycanın Respublika Günü ilə əlaqədar bəyanat verib və bu münasibətlə öz təbriklərini çatdırıb.

Ruben Hinojosa bəyanatda Azərbaycanın müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika qurduğunu, lakin bu müstəqilliyə bolşevik rejimi tərəfindən son qoyulduğunu qeyd edib.

Konqresmen Azərbaycan və ABŞ-ın yüksək münasibətlər formalaşdırdığını, Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatların keçirilməsində, o cümlədən Əfqanıstandakı əməliyyatlarda ABŞ-a ciddi və çoxşaxəli dəstək verdiyini bildirib.

Eyni zamanda, o, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasındakı xüsusi rolunu yüksək qiymətləndirib.


Teqlər:  





Xəbər lenti