Əli Həsənov Küveyt Əmirliyində konfransında çıxış edəcək

Dünyanın 72 dövlətinin təmsilçisinin iştirak edəcəyi tədbirdə Azərbaycanı baş nazirin müavini, QMKİDK sədri Əli Həsənov təmsil edəcək. Ə. Həsənov konfransda çıxış edərək Suriya münaqişəsinə dair Azərbaycanın mövqeyini bildirəcək, ölkəmizin də Ermənistan tərəfindən işğala məruz qalmasını tədbir iştirakçılarının diqqətinə çatdıracaq.
Küveyt Əmirliyinə səfəri çərçivəsində Ə. Həsənovun bu dövlətin rəsmi şəxsləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.
Anar
Teqlər: