Deputata inanılmaz cərimə: 1,5 milyon dollar

Deputata inanılmaz cərimə: 1,5 milyon dollar
  24 Mart 2015    Oxunub:2985
Ermənistan Milli Məclisinin hakim “Respublika” partiyasının deputatı Akop Akopyan son vaxtlar ölkədə sahibkarlarının fəaliyyətinin yoxlanması hallarının intensivləşməsindən şikayətlənərək özünün də böyük məbləğdə cərimələndiyini etiraf edib.
Bu barədə AzVision.az Ermənistanın “Joxovurd” qəzetinə istinadən xəbər verir.

“Deputat bildirib ki, yoxlamalar ona məxsus olan “Yerevan pivə” zavodunda aparılıb. Yoxlamalar nəticəsində erməni deputat 1,5 milyon dollar məbləğində cərimələnib. Akopyan bəyan edib ki, o vergi orqanını məhkəməyə verib. Erməni deputat vergi orqanlarının öz başına, Serj Sarkisyanın tapşırığı olmadan hərəkət etdiyinə əmin olduğunu bildirib”, - deyə qəzet yazıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti