Fransada qəzaya uğrayan təyyarədə 45 nəfər ölüb

Fransada qəzaya uğrayan təyyarədə 45 nəfər ölüb
  24 Mart 2015    Oxunub:1703
Fransa prezidenti Fransua Olland ölkənin cənubunda baş verən təyyarə qəzası ilə bağlı İspaniya kralı 6-cı Felipe ilə birgə mətbuat konfransı keçirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarədə sərnişinlər arasında alman, ispan və türk əsilli vətəndaşların olduğu ehtimal edilir.

İspaniya kralı isə öz çıxışında Ollandın nitqinə düzəliş edərək təyyarədə türklərin də olduğunu əlavə edib.

Bundan başqa İspaniya hökuməti qəzada 45 nəfərin öldüyünü təsdiqləyib.
Qeyd edək ki, Barselonadan Düsseldorfa gedən "Airbus" təyyarəsi Fransanın cənubunda Yuxarı Provansın Alp departamentində qəzaya uğrayıb.

Təyyarədə 142 sərnişin, 6 nəfər isə ekpaj üzvü olub.

AzVision.az


Teqlər:





Xəbər lenti