Özbəklər Bakıda prezident seçəcəklər
Səs vermək üçün şəxsən iştirak etmək və Özbəkistan vətəndaşının qüvvədə olan pasportu lazımdır. Hazırda səfirliyin konsulluq qeydiyyatında səsvermə hüququ olan 200 Özbəkistan vətəndaşı var. Bundan başqa, Azərbaycanda müvəqqəti olan və konsulluq qeydiyyatında olmayan (məsələn, turistlər, ezamiyyətdə olanlar) səs verə biləcəklər.
Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri aprelin 29-da keçiriləcək. Prezidentliyə hazırkı dövlət başçısı İslam Kərimov daxil olmaqla 4 namizəd var.
AzVision.az