Azərbaycanlı iş adamı qarət olunub
Dnepropetrovsk vilayətində yaşayan R. İsmayılov şəxsi işi ilə bağlı Krasnoarmeysk şəhərinə gedərkən şəhərin girişində maskalı, hərbi geyimdə olan bir neçə naməlum şəxs onun avtomobilinin qarşısını kəsib. İş adamını ölümlə hədələyən şəxslər onun üzərindəki 30 min dollara yaxın pulu götürərək qaçıblar. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb, axtarış aparılır.
AzVision.az
Teqlər: