Deputat 100 yaşlı qadını həbsdən çıxardı

Deputat 100 yaşlı qadını həbsdən çıxardı
  26 Mart 2015    Oxunub:1455
Ötən həftə təqribən $1,000 təşkil edən cəriməni ödəmədiyi üçün Margaret Ngima Embu həbsxanaya göndərilmişdir.
AzVision.az BBC-yə istinadən bildirir ki, yaşlı qadın torpaq sahəsilə bağlı mübahisəli iddia üzrə məhkəmə hökmünü yerinə yetirməməkdə ittiham olunur.

Onun işi ölkə boyu hiddət doğurub.

Margaret Ngimanın cəriməsi Nayrobi şəhərindən parlament üzvü Mike Sonko tərəfindən ödənilib.

Deputat 3 aylıq həbs cəzasına məhkum edilmiş qadının azad edilməsini təmin etmək üçün həbsxanaya "xilasetmə dəstəsinin" göndərildiyini deyib.


Teqlər:





Xəbər lenti