Yerə daha bir astereoid yaxınlaşır

Yerə daha bir astereoid yaxınlaşır
  26 Mart 2015    Oxunub:1728
NASA həftənin cümə günü Yerin yaxınlığından nəhəng astereoidin keçəcəyini açıqlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saatda 37 minkmsürətlə hərəkət edən astereoid 13 milyon TNT partlayıcı gücündədir.

2014-YB35 adlı asteoid Yerin 4,5milyon km uzaqlığındankeçəcək ki, bu da astronomik ölçülərə görə çox kiçik məsafə hesab olunur.

Bunun adi hal olduğu qeyd edilsə də astereoidin Yerə zəlzələ, sunami və iqlim dəyişikliyi kimi təsirlərinin olacağı bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti