Davudoğlunun erməni müşaviri: `Mənə xain deyirlər...`

Davudoğlunun erməni müşaviri: `Mənə xain deyirlər...`
  27 Mart 2015    Oxunub:2514
"Bir erməni olaraq, özümü daha çox osmanlı hiss edirəm".
AzVision.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin baş müşaviri Etyen Mahçupyan Belçikanın Gent şəhərində Yunus Əmrə adına Brüssel Türk Mədəniyyət Mərkəzində "Yeni Türkiyə" mövzusunda keçirilən seminarda çıxışı zamanı söyləyib.

"Ermənilərin mənə "xain" deyib-deməməsinə əhəmiyyət vermirəm. Çünki hər cür düşünən erməni mövcuddur. Mənə "xain" deyəcək ermənilər də var, ancaq bunun da bir mənası yoxdur.

Mən erməni olduğumu təsdiqləmək fikrində də deyiləm. Bir erməni olaraq, özümü daha çox osmanlı hiss edirəm. Osmanlıda və ondan öncə Bizans dövründən bəri bu torpaqlarda yaşayırıq və mədəniyyətimizi formalaşdırmışıq. Məncə, dəyərli olan budur, 1923-cü ildə formalaşdırılan siyasi sistem deyil. Son 10 ildə ermənilər Türkiyədə özlərini daha çox azad hiss edirlər",- o, vurğulayıb.

E.Mahçupyan hazırkı hakimiyyətin fəaliyyətindən söz açaraq, bildirib ki, Türkiyə başda müsəlmanların və bölgənin, xüsusilə də məzlumların məsuliyyətini daşıyır: "Bu çərçivədən baxanda mövcud vəziyyət bizə Osmanlı dövrünün qurumları, yaxud siyasətini deyil, Osmanlının psixologiyasını xatırladır".


Teqlər:  





Xəbər lenti