Facebook-da problem yarandı - Yenilənib

Hazırda şəbəkəyə yenidən daxil olmaq mümkün deyil. Facebook rəhbərliyi də saytda problemlər olduğunu bildirib. Problemin tezliklə aradan qaldırılacağını qeyd edilib.
Belə ki, problem yalnız yenidən daxil olduqda, yəni şifrəni yendiən daxil edərkən yaranır. Əgər istifadəçilərin Facebook hesabı yaddaşda saxlanılıbsa o zaman girişdə problem olmur.
***
Facebook-da yaranan problem artıq aradan qaldırılıb. Sosial şəbəkəyə giriş tam bərpa edilib.
AzVision.az