150 nəfəri öldürən pilotla bağlı yeni məlumat

Əldə edilən yeni məlumata görə, ciddi depressiya keçirən pilot müalicəsi ilə əlaqədar martın 16-dan 29-dək işdə olmamalı idi. Pilot qəza baş verən gün - martın 24-də xəstə olduğunu gizlədərək hansı yollasa əldə etdiyi sağlamlıq kağızını uçuş komissiyasına təqdim edib.
Pilotun qaldığı mənzillərdə axtarış aparan Düsseldorf polisi A.Lubitzin ciddi depressiya keçirməsi, 2008-ci ildən isə psixi xəstə kimi qeydiyyatda olması barədə mühüm sənədlər əldə etdiyini açıqlayıb. Axtarışa rəhbərlik edən polis rəsmisi istintaq üçün daha vacib olan bir sənədin də tapıldığını bildirib. Amma o, həmin sənədin məzmunu barədə məlumat verməkdən imtina edib. (Azərtac)