Kreml oyun oynayır

Kreml oyun oynayır
  22 May 2013    Oxunub:1528
“Rusiyanın xüsusi xidmət orqanları ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Moskvadakı təmsilçisinin adını açıqlamaqla, kəşfiyyat protokolunu pozub”.
Rusiya tərəfi Xüsusi Xidmət Orqanlarının gizli protokolunu pozaraq Amerikanın 007 rəhbərinin adını açıqlayıb – deyə Mark Franketti La Stampa qəzetində dərc olunan məqaləsində yazıb.

“Rusiyanın xüsusi xidmət orqanları MKİ-nin Moskvadakı başçısının adını açıqlamaqla, kəşfiyyat protokolunu pozub. Bu addım Vaşinqtonda təxribat kimi qəbul edilib. Moskvada ABŞ-ın xüsusi xidmət orqanlarının başçısının adının açıqlanması Kremlin siyasi oyunudur. Beləki, Bostonda baş verən terror hadisəsindən sonra Rusiya və Amerika islam terrorizminə qarşı vahid cəbhədə birləşiblər” - məqalənin müəllifi yazır.

“Rayan Foqlun həbsi və Rusiyadan deportasiyası haqqında danışan Federal Təhlükəsizlik Xidmətinin nümayəndəsi bildirib ki, 2011-ci ilin oktyabrında Rusiya rəsmi şəkildə Moskvadakı MKİ-in nümayəndəliyinin başçısına xəbərdarlıq edib. Bildirilib ki, “Federal Təhlükəsizlik Xidmətinin Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşlarına qarşı fitnəkar aksiyaları davam edərsə, MKİ-nin əməkdaşlarına qarşı sərt addım atılacaq”.

Federal Təhlükəsizlik Xidməti MKİ-nin rəhbərinin adının Stiven Holl olduğunu açıqlayıb. Holl, ABŞ-ın Moskvadakı səfirliyində məsləhətçi vəzifəsində çalışıb.

Amerika səfirliyi MKİ əməkdaşının şəxsiyyətini təsdiq etməkdən imtina edib. “Vaşinqtonda Rusiya kəşfiyyatçısının adı amerikalılara məlum olduğu kimi, rusiyalıların da Moskvada MKİ-ni təqdim edən kəşfiyyatçının adını bilməsi normaldır” – adını açıqlamayan Dövlət Təhlükəsizlik Komitəsinin generalı söyləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti