Füzuli Ələkbərov facebookda
Bu sahədə növbəti addım kimi, Nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə də vətəndaşlara nazir və nazirliyin digər rəhbər şəxslərinə müraciət etmək imkanı yaradılır. Belə ki, mayın 24-də saat 11.00-dan 13.00-dək Nazirliyin rəsmi facebook səhifəsində (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) nazir Fizuli Ələkbərov tərəfindən vətəndaşların sualları cavablandırılacaq. Bunun üçün 22 may saat 15:00-dan-23 may saat 15:00-a kimi vətəndaşların müraciətləri qəbul ediləcək.
Qeyd edək ki, nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən mütəmadi olaraq müxtəlif bölgələrdə vətəndaş qəbulları, habelə videokonfrans sistemi ilə distant formada qəbullar keçirilir, eyni zamanda 142-Qaynar xətt, [email protected] və www.mlspp.gov.az sayti vasitəsilə vətəndaşların müraciətləri cavablandırılır.
AzVision.az