“BBC” rəhbəri ölümlə hədələndi

“BBC” rəhbəri ölümlə hədələndi
  29 Mart 2015    Oxunub:2139
Böyük Britaniyanın “BBC” telekanalının baş direktoru Toni Holl “Top Gear” verilinin aparıcısı Ceremi Klarksonun işdən çıxarılmasına görə, ölümlə hədələnib.
Bu barədə AzVision.az “BBC News”-a istinadən xəbər verir.

Artıq telekanalın rəhbəri və onun xanımı 24 saatlıq mühafizə ilə təmin edilib.

Hollun həyatı ilə bağlı hədələr martın 25-i, kanalın Klarksonla müqaviləni artırmayacağı ilə bağlı rəsmi açıqlamasından sonra gəlməyə başlayıb. Artıq Britaniya polisi də məlumatı təsdiqləyərək, faktla bağlı araşdırmaların aparıldığını bildirib. “BBC”-nin mətbuat xidməti isə təhlükəsizliyi əsas gətirərək hədələr haqqında məlumatı şərh etməkdən imtina edib.

“The Daily Mail”-in məlumatına görə, Toni Holl və onun həyat yoldaşı Sintiyanı sabiq xüsusi təyinatlılar qoruyur. Mühafizəçilərə bir günə görə 1000 funt sterlinq (1559 manat) ödənilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti