Özbəkistanda prezident seçkiləri baş tutdu

Özbəkistanda prezident seçkiləri baş tutdu
  29 Mart 2015    Oxunub:2259
Özbəkistanda keçirilən prezident seçkiləri baş tutub.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, prezident seçkilərində seçici fəallığı 36%-i keçib.

Özbəkistan qanunvericiliyinə əsasən seçkilərin baş tutması üçün seçici fəallığı 33% göstəricini keçməlidir.

Qeyd edək ki, bu gün Özbəkistanda prezident seçkiləri keçirilir. Səsvermə yerli vaxtla saat 06:00-da başlayıb.

Özbəkistanda prezident postu uğrunda 4 nəfər mübarizə aparır. Onlar Liberal-Demokrat partiyasından namizəd İslam Kərimov, Xalq Demokratiyası partiyasının nümayəndəsi Hatamcon Ketmanov, “Milliy Tiklaniş” partiyasının üzvü Akmal Səidov və “Ədalət” partiyasından namizədliyi irəli sürülən Narimoan Umarovdur.

Səsvermə yerli vaxtla 20:00-dək davam edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti