Yəməndə ağır döyüşlər: 15 ölü

Yəməndə ağır döyüşlər: 15 ölü
  29 Mart 2015    Oxunub:1496
Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Yəməndə keçirdiyi əməliyyat nəticəsində 15 nəfər ölüb.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Aviazərbələr şiə üsyançıların ələ keçirdiyi strateji obyektlərə aviazərbələr endirib.

Zərbələr nəticəsində Yəmən paytaxtı Sanada hava limanı fəaliyyətin dayandırıb, bundan əlavə ölkədə xeyli sayda ballistik raketlər də məhv edilib.

Qeyd edək ki, martın 26-da Səuddiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyatlara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti