Daha bir təyyarə qəzası: 25 yaralı

Daha bir təyyarə qəzası: 25 yaralı
  29 Mart 2015    Oxunub:2200
“Air Canada” hava yollarına məxsus təyyarə Kanadanın Halifax şəhərində təcili eniş edib.
AzVision.az-ın “NBC” telekanalına istinadən xəbər verir ki, təcili eniş zamanı 25 nəfər xəsarət alıb.

Təyyarə eniş zamanı elektrik xətlərinə ilişib, nəticədə hava limanının işıqları sönüb. Məlumatı ölkə rəhbərliyi də təsdiqləyib. Zərərçəkənlərin vəziyyətinin ağır olmadığı bildirilir.

Qeyd edək ki, Kanadanın Toronto şəhərindən havaya qalxan “Airbus A320” tipli təyyarə eniş zamanı “uçuş zolağından kənara çıxıb”.

Hadisə baş verən zaman təyyarənin göyərtəsində 132 sərnişin və 5 ekipaj üzvü olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti