İŞİD-ə qoşulan alman qadınların sayı artır

İŞİD-ə qoşulan alman qadınların sayı artır
  29 Mart 2015    Oxunub:1436
Bu günə qədər Almaniyadan 70 qadın İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qoşulub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Konstitusiyanın Qorunması Federal Xidmətinin rəhbəri Hans Corc Maasen statistik məlumat açıqlayıb.

Onun sözlərinə görə, İŞİD-ə qoşulan alman qadınlarının 40%-i 25 yaşına çatmayanlar, 9 nəfəri isə uşaq yaşlarda olanlardır:

“İŞİD üzvləri qızlarla internet vasitəsilə əlaqə saxlayırlar və onlarla evlənəcəklərini vəd edərək cəlb edirlər. Amma İŞİD-ə qoşulduqdan sonra qızlara verilən romantik vədlər yoxa çıxır. Onlar İŞİD-in nəzarətində olan əraziyə gedən kimi ilk mərhələdə pasportları əllərindən alınır. Ümumilikdə Almaniyadan 650-ə yaxın adam İŞİD-ə qoşulub və onlardan təxminən 200 nəfəri geri qayıdıb”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti