Generalların həbsinə start verildi

Generalların həbsinə start verildi
  30 Mart 2015    Oxunub:2852
Ukrayna ordusunda artıq generallar həbs edilməyə başlanılıb.
Bu barədə Ali Rada sədrinin müavini Andrey Parubiy açıqlama verib. Onun gözlərinə görə, generalların həbsi korrupsiya ilə bağlıdır.

"Bu il ərzində korrpusiya ilə məşğul olan xeyli general həbs edilib. Lakin bütün bunları ictimailləşdirilmədi. Belə lazım idi. ABŞ Ukrayna ordusu üçün quru yeməklər göndərəndən bir neçə həftə sonra həmin yeməklər internetdə satışa çıxarıldı. Bununla məşğul olan xeyli korrupsioner general həbs edildi" - deyə Parubiy bildirib.
Sədr müavini onu da deyib ki, korrpusiya ilə mübarizə həmişə ictimailəşdiriləcək.
Qeyd edək ki, Ukrayna prezidenti korrupsiya ilə mübarizə erasının başladığını bəyan edib (Anspress).


Teqlər:





Xəbər lenti